Tailand müxalifəti baş nazirin iqamətgahını ələ keçirib, ölkədə üsyan başlayıb

Tailand müxalifəti baş nazirin iqamətgahını ələ keçirib, ölkədə üsyan başlayıb
# 26 avqust 2008 07:31 (UTC +04:00)
Banqkok-APA. Müxalifətdə olan Demokratiya Uğrunda Xalq Alyansının on minlərlə üzvü baş nazir Samaka Suntaravetanın iqamətgahını mühasirəyə alaraq onun istefasını tələb edirlər. APA-nın məlumatına görə, aksiya iştirakçılarının bir qismi baş nazirin iqamətgahına və digər hökumət binalarına daxil olublar. Bununla da dövlət qurumlarının işi iflic vəziyyətinə düşüb. Bundan əvvəl onlarla silahlı şəxs Tailand Milli Teleradio Yayım Xidmətinin binasını zorla ələ keçirməyə cəhd göstərib. Silahlılar televiziya studiyalarını bir müddət öz nəzarətlərində saxlasalar da, polislər onları tərksilah etməyə müvəffəq olub. Saxlanan şəxslərin Demokratiya Uğrunda Xalq Alyansının üzvləri olduğu bildirilir. Alyans rəhbərliyi bu gün küçələrə yüz minlərlə insan çıxarmağa və hökumətin istefasına nail olmağa söz verib. Polis orqanları hazırda Banqkokdakı aksiyalarda 35 min nəfərin iştirak etdiyini bildirir. Qeyd edək ki, alyansın tərkibinə ordu ilə əlaqələrə malik monarxist qruplar və sahibkarlar birlikləri daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR