Pekində kimya zavodunda partlayış baş verib, ölən və yaralananlar var

Pekində kimya zavodunda partlayış baş verib, ölən və yaralananlar var
# 26 avqust 2008 07:35 (UTC +04:00)
Pekin-APA. Çində kimya zavodunun partlaması nəticəsində ən azı dörd nəfər ölüb, çoxlu insan yaralanıb. APA-nın məlumatına görə, ətraf mühitə zərərli kimyəvi məhsulların sıza biləcəyi ehtimalını nəzərə alan hakimiyyət orqanları əhalinin evakuasiyasına başlayıblar. Faktla bağlı rəsmi açıqlama yayılmayıb, şahidlərin sözlərinə görə, zavodun ərazisində partlayış səsləri davam etməkdədir. Xilasetmə işlərini sürətləndirmək üçün əraziyə 3 min könüllü cəlb olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR