Pakistanda terror aktı törədilib, çoxlu sayda ölən və yaralanan var

Pakistanda terror aktı törədilib, çoxlu sayda ölən və yaralanan var
# 28 avqust 2008 08:24 (UTC +04:00)
İslamabad-APA. Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Bannu şəhərində törədilən terror aktı nəticəsində 11 nəfər ölüb, 12 nəfər yaralanıb. APA-nın məlumatına görə, partlayıcı yüklənmiş avtomobil məhkumları daşıyan polis avtobusunun qarşısını kəsib və partlayış baş verib. Hüquq-mühafizə orqanları avtomobilin toqquşma anında uzaqdan idarəetmə üsulu ilə partladıldığını güman edirlər. Qeyd edək ki, bu ay Pakistanda bir neçə terror aktı baş verib. Törədilən partlayışlara görə məsuliyyəti öz üzərinə “Taliban” hərəkatı götürüb. Hərəkat rəhbərliyi bəyan edib ki, Pakistan hökuməti ölkənin şimal-şərqində taliblərə qarşı əməliyyatı dayandırmayana kimi davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR