Beynəlxalq Amnistiya Təşkilatı Abbas Lisaninin azadlığa buraxılmasına dəstək kampaniyasına başlayıb

Beynəlxalq Amnistiya Təşkilatı Abbas Lisaninin azadlığa buraxılmasına dəstək kampaniyasına başlayıb
# 28 avqust 2008 11:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Beynəlxalq Amnistiya Təşkilatı İranda yaşayan azərbaycanlıların hüquqlarının qorunması uğrunda hərəkatın fəallarından olan Abbas Lisaninin azadlığa buraxılmasına dəstək verilməsi tələbi ilə dünya ictimaiyyətinə müraciət edib. APA-nın məlumatına görə, təşkilatın bununla bağlı verdiyi bəyanatda bildirilib ki, 2006-cı ilin oktyabrında həbs olunan A. Lisaniyə qarşı ədalətsiz məhkəmə qərarı qəbul edilib və o qanunsuz olaraq ailəsindən təcrid olunub: “Abbas Lisani yaşadığı şəhərdən 2000 kilometr aralıqda yerləşən, pis vəziyyətdə olan və əsasən canilərin saxlandığı Yəzd şəhər həbsxanasına köçürülüb. Həyat yoldaşı Rüqəyya Əlizadə isə İran hüquq-mühafizə orqanları tərəfindən dəfələrlə təhdidlərlə üzləşib. Ailəsinin iqtisadi vəziyyətinin çətinləşdirmək üçün ona məxsus olan Ərdəbildəki mağaza da bağlanıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR