İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi hərəkatının fəallarından Cəmşid Zare azadlığa buraxılıb

İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi hərəkatının fəallarından Cəmşid Zare azadlığa buraxılıb
# 03 sentyabr 2008 14:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi hərəkatının fəallarından olan Təbriz sakini Cəmşid Zare azadlığa buraxılıb. Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, C. Zare İran xüsusi xidmət orqanları tərəfindən saxlanıldıqdan sonra ona pantürkist fəaliyyət göstərdiyi haqda ittiham irəli sürülüb. Təbriz məhkəməsinin qərarı ilə isə C. Zare 90 gün müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, C. Zare bu il mayın 10-da həbs edilmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR