Təbriz Universitetinin tələbəsi pantürkist fəaliyyətdə günahlandırılaraq həbs olunub

Təbriz Universitetinin tələbəsi pantürkist fəaliyyətdə günahlandırılaraq həbs olunub
# 04 sentyabr 2008 11:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Təbriz Universitetinin texniki fakültəsinin tələbəsi Mənsur Aminian həbs olunub. İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, saxlanan şəxsə qarşı pantürkist fəaliyyətlə məşğul olmaq ittihamı irəli sürülüb. M. Aminian avqustun 20-də İnformasiya Nazirliyinin (təhlükəsizlik nazirliyi) Təbriz şöbəsinə çağırılıb. Şöbəyə atası ilə gedən M. Aminianın həbs olunması ilə bağlı qərar verilib. Qeyd edək ki, M. Aminian həmçinin universitetdə fəaliyyət göstərən İslam Assosiasiyasının katibidir. O, hazırda Təbrizdə xüsusi xidmət orqanlarına məxsus təcridxanada saxlanılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR