Gələn il İranda prezident seçkiləri keçiriləcək

Gələn il İranda prezident seçkiləri keçiriləcək
# 08 sentyabr 2008 12:37 (UTC +04:00)
Tehran – APA. 2009-cu il iyunun 12-də İranda növbəti prezident seçkiləri keçiriləcək. APA-nın İRNA-ya istinadən yaydığı məlumata görə, bu barədə İran daxili işlər nazirinin müavini Əli Rza Əfşar açıqlama verib. DİN-in bu təklifi ayətollah Əli Xamneyinin başçılıq etdiyi Müşahidə Şurası tərəfindən qəbul edilib. Xatırladaq ki, Ə. Xamneyi Mahmud Əhmədinejadın ikinci dəfə prezident seçilməsini dəstəklədiyini bildirib. O, M. Əhmədinejadın öz iradəsini İran xalqına diktə etmək istəyən Qərb dövlətlərinə qarşı mübarizəsini yüksək qiymətləndirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR