Çində hər il 250 min insan intihar nəticəsində dünyasını dəyişir

Çində hər il 250 min insan intihar nəticəsində dünyasını dəyişir
# 10 sentyabr 2008 08:12 (UTC +04:00)
Pekin-APA. Çində hər il 250 min insan intihar nəticəsində dünyasını dəyişir, hər iki dəqiqədən qeydə alınan 9 intihar cəhdindən biri ölümlə nəticələnir. APA-nın məlumatına görə, bu rəqəmləri Çin Psixoloji Sağlamlıq Assosiasiyası açıqlayıb. Hesabat əsasən, intihara cəhd halları gənclər arasında daha çoxdur. Ölkədə 15-34 yaşlı əhali qrupu arasında ölüm hallarının əksəriyyəti intiharların payına düşür. Maraqlıdır ki, intihar edənlər arasında kənd sakinləri üstünlük təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR