“Əl-Qaidə”nin Pakistan qanadının rəhbəri ölüb

“Əl-Qaidə”nin Pakistan qanadının rəhbəri ölüb
# 10 sentyabr 2008 11:13 (UTC +04:00)
Vaşinqton – APA. “Əl-Qaidə” beynəlxalq terror təşkilatının Pakistan qanadının rəhbəri Əbu Haris ABŞ ordusunun raket zərbəsi zamanı aldığı yaralardan keçinib. APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, bombardman zamanı daha 3 “Əl-Qaidə” təmsilçisi, ümumilikdə isə 25 nəfər ölüb. Raket hücumunda Əfqanıstanın Taliban hərəkatının lideri Cəlaluddin Hakkaninin Pakistanın Şimali Vəziristan əyalətindəki iqamətgahı hədəfə götürülüb. Bina dağılıb və Hakkaninin 3 həyat yoldaşından 2-si, həmçinin bacısı həlak olublar. Taliblərin lideri isə hadisə zamanı Əfqanıstan ərazisində imiş.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR