İranda sel suları 14 nəfərin ölümünə səbəb olub

İranda sel suları 14 nəfərin ölümünə səbəb olub
# 10 sentyabr 2008 13:57 (UTC +04:00)
Tehran-APA. İranda leysan yağışlarının əmələ gətirdiyi sel suları nəticəsində 14 nəfər ölüb. APA-nın məlumatına görə, Çahal Mahal və Bəxtiyar vilayətlərində baş verən sellər bölgəyə ciddi ziyan vurub. Bölgədə ən azı 1,500 evin seldən zərər çəkdiyi bildirilir. Hazırda ərazidə xilasetmə işləri aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR