İranda baş verən zəlzələdə 3 nəfər ölüb, 22 nəfər yaralanıb

İranda baş verən zəlzələdə 3 nəfər ölüb, 22 nəfər yaralanıb
# 10 sentyabr 2008 15:52 (UTC +04:00)
Tehran-APA. İranda Bakı vaxtı ilə saat 16.00-da baş verən 7,5 bal gücündə zəlzələ nəticəsində ən azı 3 nəfər ölüb, 22 nəfər yaralanıb. APA-nın məlumatına görə, təbii fəlakətdən daha çox Hörmüzqan vilayəti zərər çəkib. Seysmoloqlar bu vilayətdə dörd güclü yeraltı təkan qeydə alıblar. Zəlzələ əhali arasında təşvişə səbəb olub, evlərini tərk edən vətəndaşlar artıq küçələrdə çadırlar qurmağa başlayıblar. Qeyd edək ki, zəlzələnin episentri Bəndər-Abbas şəhərindən 53 kilometr cənub-qərbdə, yerin 55 kilometr dərinliyində olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR