Yaponiya İraqdan qoşunlarını çıxarmaq prosesini ilin sonunda başa çatdıracaq

Yaponiya İraqdan qoşunlarını çıxarmaq prosesini ilin sonunda başa çatdıracaq
# 11 sentyabr 2008 08:37 (UTC +04:00)
Tokio-APA. Yaponiya İraqdakı koalisiya qüvvələrinin tərkibində hərbi missiyasını dayandırmaq qərarını qətiləşdirib. APA-nın məlumatına görə, Yaponiyanın xarici işlər naziri Masaxiko Komuru Küveytdə dislokasiya olunan və BMT sülhməramlı qoşunlarının tərkibində uçuşlar həyata keçirən təyyarələrinin ilin sonuna kimi bölgədən çıxaracağını açıqlayıb. Qeyd edək ki, Yaponiya hökuməti İraqa hərbi kontingent göndərmək barədə qərarı 2003-cü ildə qəbul edib. Konstitusiyaya əsasən, Yaponiya qoşunları aktiv hərbi əməliyyatlarda iştirak edə bilməz, yalnız humanitar məqsədli missiya həyata keçirə bilərlər. Bölgəyə göndərilən Yaponiya quru qoşunları İraq ərazisini 2006-cı ildə tərk edib. Xatırladaq ki, müxalifətin etirazlarına baxmayaraq Yaponiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri Hind okeanında mövqe tutaraq NATO-nun Əfqanıstandakı qoşunlarının fəaliyyətinə dəstək verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR