Abbas Lisaninin həyat yoldaşı və daha bir neçə nəfər həbs olunub

Abbas Lisaninin həyat yoldaşı və daha bir neçə nəfər həbs olunub
# 11 sentyabr 2008 10:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İranda azərbaycanlılarının hüquqları uğrunda hərəkatın 20-dək fəalı həbs olunub. İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, İran xüsusi xidmət orqanları sentyabrın 10-da Tehranda yaşayan şair Səyyad Məhəmmədianın (Ovçu) evində iftar zamanı xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı Əlirza Sərrafi, Əkbər Azad, Həsən Rəşidi, şair Səid Muğanlı, Səid Rəhimi, Mehdi Nəimi, Məhəmməd Abbaspur, Səyyad Məhəmmədian (Ovçu), Abbas Nəimi, Yusif Huşyar, Şahnaz İbrahimzadə, Hüseyn Heydəri, Fərhad Rzayi, Rübab Əzimi, Əkrəm Nəccari, o cümlədən hərəkatın həbsdə olan liderlərindən biri Abbas Lisaninin həyat yoldaşı Ruqəyya Lisani və onun 3 övladı xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Həbs olunan şəxslərin harada saxlandığı haqda isə məlumat verilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR