Abbas Lisaninin həyat yoldaşı və övladları azadlığa buraxılıb

Abbas Lisaninin həyat yoldaşı və övladları azadlığa buraxılıb
# 11 sentyabr 2008 16:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisaninin həyat yoldaşı Rüqəyya Əlizadə, oğlanları Atilla Lisani və Oqtay Lisani bu gün səhərə yaxın sərbəst buraxılıblar. APA-nın məlumatına görə, dünən saxlanılan 17 nəfərin taleyi barədə isə hələ məlumat yoxdur. Qeyd edək ki, sentyabrın 10-da axşam saatlarında Səyyad Məhəmmədian (Ovçu Qoşaçaylının) evində iftar mərasimi zamanı bu ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən əməliyyat keçirilib. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəalları olan 18 nəfər, o cümlədən “Yaşmaq” jurnalının baş redaktoru, şair Səid Muğanlı, Mehdi Nəimi, Abbas Nəimi, Əkrəm Nəccari, Rubab Əzimi, Fərhad Rizayi Qoşaçaylı, Məhəmməd Abbaspur, Yusif Huşyar, Əlirza Sərrafi, Həsən Rəşidi, Həsən Rəhimi, Əkbər Azad, Hüseyn Heydəri, Şahbaz İbrahimnejad, Şahnaz İbrahimzadə və Abbas Lisaninin həyat yoldaşı Rüqəyya Əlizadə, oğlanları Atilla Lisani və Oqtay Lisani saxlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR