Sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində 51 nəfər ölüb

Sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində 51 nəfər ölüb
# 14 sentyabr 2008 13:04 (UTC +04:00)
Sıçuan-APA. Çinin Sıçuan vilayətində sərnişin avtobusu dərəyə aşıb. APA-nın “China Daily” agentliyinə istinadən verdiyi məlumata görə, Baçjun şəhərindən Ninmo şəhərinə gedən avtobus yüksək dağlıq ərazidən keçərkən aşırımdam dərəyə yuvarlanıb. 100 metr dərinliyində dərəyə düşən avtobusda olan 51 sərnişinin hamısı həlak olub.

Şahidlər partlayış eşitdiklərini və qatı tüstü müşahidə etdiklərini bildiriblər. Hadisənin digər təfərrüatları barədə məlumat yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR