Silahlı şəxslər müəllimin qulaqlarını kəsiblər

Silahlı şəxslər müəllimin qulaqlarını kəsiblər
# 15 sentyabr 2008 12:40 (UTC +04:00)
Kabil – APA. Əfqanıstanda “Taliban” hərəkatının yaraqlıları hökumətə işləməkdə ittiham etdikləri bir müəllimin qulaqlarını kəsiblər. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Əfqanıstan Təhsil Nazirliyinin nümayəndəsi olayın Zebul rayonunda baş verdiyini açıqlayıb. Məscidə girən yaraqlılar namaz qılan Bismillah Xan adlı müəllimi bayıra çıxararaq onun qulaqlarını kəsiblər. Talibançılar hökumətə işləyən hər kəsə bu cür cəza verəcəklərini deyərək qaçıblar. Qulaqları kəsilən müəllim ABŞ hərbi kontingentinə məxsus xəstəxanaya aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR