Manuçöhr Mottəki: “Kənar ölkələrin Qafqaz regionunun işlərinə müdaxilə etməsinə ehtiyac yoxdur”

Manuçöhr Mottəki: “Kənar ölkələrin Qafqaz regionunun işlərinə müdaxilə etməsinə ehtiyac yoxdur”
# 16 sentyabr 2008 09:27 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. “Tehran Cənubi Qafqazda stabillik və təhlükəsizliyin bərqərar olması üçün strategiya təklif etməyə hazırlaşır”. APA-nın məlumatına görə, bu fikirləri İranın xarici işlər naziri Manuçöhr Mottəki alman həmkarı Frank-Volter Ştaynmayerlə görüşdən sonra bəyan edib. Onun sözlərinə görə, regionla bağlı məsələlərdə bölgədən uzaqlarda olan ölkələrə arxalanmaq düzgün deyil: “Çünki bu regional maraqlara xidmət etmir. Kənar ölkələrin Qafqaz regionunun işlərinə müdaxilə etməsinə ehtiyac yoxdur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR