ABŞ-ın Yəməndəki səfirliyinə qarşı terror aksiyası törədilib

ABŞ-ın Yəməndəki səfirliyinə qarşı terror aksiyası törədilib
# 17 sentyabr 2008 11:58 (UTC +04:00)
Terror aktı bomba ilə yüklənmiş avtomobil vasitəsilə törədilib. Avtomobilin partladılmasından sonra naməlum şəxslər səfirliyin binasını qumbaraatanlardan atəşə tutublar. Şahidlər binada yanğın başladığını söyləyiblər. Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım maşınları gəlib. Səfirliyin sözçüsü Ryan Gliha CNN-ə açıqlamasında terror nəticəsində ölənlər olduğunu bildirib, ancaq həlak olanların sayı və milli mənsubiyyəti haqda heç nə deməyib. Terror aktına görə məsuliyyəti özünü “Yəməndəki İslami Cihad” kimi tanıdan təşkilat üzərinə götürüb. Həbsdəki üzvlərinin buraxılmasını tələb edən təşkilat İngiltərə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri səfirliklərini də terrorla hədələyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR