İraqda 5 ABŞ əsgəri həlak olub

İraqda 5 ABŞ əsgəri həlak olub
# 18 sentyabr 2008 07:37 (UTC +04:00)
Bağdad – APA. İraqda “CH 47 Chinook” hərbi vertolyotunun qəzaya uğraması nəticəsində 5 ABŞ əsgəri ölüb. APA-nın “Asssociated Press” agentliyinə istinadən verdiyi məlumata görə, insident sentyabrın 18-nə keçən gecə Bəsrə şəhərindən 96 km şərqdə baş verib. Küveytdən İraqın şimalındakı bazaya qayıdan vertolyotlardan birində nasazlıq yaranıb. Pilot yerə enmək qərarına gəlib, ancaq vertolyot enərkən yerə çırpılıb. Qəzanın səbəbləri araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR