Tszipi Livni İsrail tarixində ikinci qadın baş nazir ola bilər

Tszipi Livni İsrail tarixində ikinci qadın baş nazir ola bilər
# 18 sentyabr 2008 08:21 (UTC +04:00)
Tel-Əviv – APA. İsrailin xarici işlər naziri Tszipi Livni hakimiyyətdəki Kadima Partiyasının lideri postuna seçkilərdə qalib gəlib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, üç telekanalın keçirdiyi “exit-poill”un nəticələrinə əsasən T. Livni 47-49% səs toplayaraq 37% səs almış əsas rəqibi, nəqliyyat naziri Şaul Mofazı üstələyib. Bununla da 50 yaşlı hüquqşünas, “Mossad”ın istefada olan əməkdaşı Tszipi Livni baş nazir olmaq şansı qazanıb. O, Qolda Meirdən sonra ölkə tarixində ikinci qadın hökumət başçısı ola bilər.

Xatırladaq ki, baş nazir və Kadima lideri Exud Olmert korrupsiya qalmaqalı ilə əlaqədar partiyanın rəhbərliyindən gedəcəyini açıqlayıb və baş nazir kreslosunu partiyanın yeni seçiləcək sədrinə verəcəyini bildirib. E. Olmertin istefasından sonra T. Livni 42 gün ərzində yeni kabinet formalaşdırmalıdır. O, hökumət quraraq parlamentdə etimad qazanmasa, növbədənkənar parlament seçkiləri keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR