Silahlılar 300 məktəblini girov götürüblər

Silahlılar 300 məktəblini girov götürüblər
# 18 sentyabr 2008 17:05 (UTC +04:00)
İslamabad – APA. Pakistanın şimal-qərbindəki sərhəd əyalətində 300 məktəbli girov götürülüb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Pakistan dövlət televiziyası xəbər verib ki, silahlılar yerli sakinlərlə atışmadan sonra içərisində uşaqlar olan məktəbi ələ keçiriblər.

Hadisə barədə əlavə məlumat verilmir. Hələlik yalnız o məlumdur ki, ərazidə “Taliban” hərəkatına bağlı olan Pakistan döyüşçüləri fəallıq göstərirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR