İslamabadda dəhşətli terror aktı törədilib, ən azı 52 nəfər ölüb, 100-dən çox yaralı var

İslamabadda dəhşətli terror aktı törədilib, ən azı 52 nəfər ölüb, 100-dən çox yaralı var
# 20 sentyabr 2008 19:56 (UTC +04:00)
Belə ki, otel binası alova büründüyündən xilasedicilər oraya yaxınlaşa bilmirlər. Oteldə insanların olduğu güman edilir. Yerli hüquq-mühafizə orqanları partlayışın terror aktı olduğunu bildirir. İslamabad polisinin məlumatına görə, otelin yaxınlığında tonlarla partlayıcı partladılıb. Fasadı partlayışın gücündən tamamilə dağılmış otelin uçmaq təhlükəsi yaranıb. Hücuma məruz qalmış otel hökumət binalarının və diplomatik missiyaların yaxınlığında yerləşir.

İlkin məlumata görə, terror aktını avtomobili idarə edən kamikadze törədib. Digər məlumatlarda isə terrorçuların ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İslamabadda olan zabitlərini hədəfə aldıqları bildirilir. Lakin digər mənbələr bu xəbəri təsdiqləmirlər.

Hələlik terror aktını heç bir təşkilat öz üzərinə götürməyib.

Terror aktı Pakistan prezidenti Asif Əli Zərdarinin parlamentdəki çıxışından az sonra baş verib. Prezident parlamentdəki çıxışında terrorla mübarizəyə sadiq qalacağını bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR