Yaponiyanın baş naziri postuna hakim partiyanın baş katibi Taro Asonun namizədliyi irəli sürülüb

Yaponiyanın baş naziri postuna hakim partiyanın baş katibi Taro Asonun namizədliyi irəli sürülüb
# 22 sentyabr 2008 09:22 (UTC +04:00)
Tokio-APA. Yaponiyanın hakim Liberal-Demokrat Partiyası qurumun baş katibi Taro Asonu partiyanın lideri Yasuo Fukudanın varisi elan edib. APA-nın məlumatına görə, bu qərar həm də Taro Asonun baş nazir postuna əyləşməsi deməkdir. Bundan əvvəl Yaponiya hökumətində bir sıra önəmli vəzifələr tutan Taro Asonun baş nazir postuna namizədliyi parlamentin 24 sentyabr tarixli fövqəladə sessiyasında müzakirəyə çıxarılacaq. Xatırladaq ki, Yaponiyanın baş nazir Yasuo Fukuda sentyabrın 1-də tutduğu postdan istefa verib. Onun qəfil istefasına səbəb çoxsaylı siyasi və iqtisadi problemlərin öhdəsindən gələ bilməməsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR