İsrailin baş naziri Ehud Olmert istefa verib

İsrailin baş naziri Ehud Olmert istefa verib
# 22 sentyabr 2008 09:25 (UTC +04:00)
Tel-Əviv-APA. İsrailin baş naziri Ehud Olmert istefa verib. APA-nın məlumatına görə, bu istefa qərarı ilə növbədənkənar seçkilərə qədər hökumət başçısının dəyişdirilməsinə dair formal prosedur başa çatmış olub. Yaxın günlərdə hökumət başçısı postunun xarici işlər naziri Çipi Livniyə tapşırılması gözlənilir. Artıq prezident Şimon Peres bununla bağlı Knessetdəki fraksiya liderləri ilə danışıqlara başlayıb. Prezident öz yekun qərarını axşam saatlarında danışıqlar başa çatdıqdan sonra açıqlayacaq. Qanunvericiliyə görə, yeni hökumət formalaşdırmaq missiyası Knessetin 120 deputatından hər birinə tapşırıla bilər. Amma analitiklər bu postun partiyadaxili seçkilərdə qalib gələrək “Kadima” lideri postunda Olmerti əvəzləyən XİN başçısı Çipi Livniyə tapşırılacağını ehtimal edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR