Əfqanıstanın Pakistandakı baş konsulu girov götürülüb

Əfqanıstanın Pakistandakı baş konsulu girov götürülüb
# 22 sentyabr 2008 13:12 (UTC +04:00)
Pişəvər-APA. Əfqanıstanın Pişəvərdəki baş konsulu Əbdül Xalid Fərahi naməlum şəxslər tərəfindən oğurlanıb. APA-nın məlumatına görə, terrorçular diplomatın avtomobilinə pusqu qurublar. Avtomobilə atəş açılması nəticəsində sürücü həlak olub, terrorçular diplomatı maşından düşürərək naməlum istiqamətdə aparıblar. Hələlik Pakistan hüquq-mühafizə orqanlarının axtarışları nəticəsiz qalıb. Diplomatın oğurlanmasına görə heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR