İran prezidenti Mahmud Əhmədinejad: “Gürcüstan və Cənubi Osetiya xalqları NATO ilə Qərbin təxribatının qurbanı olublar”

İran prezidenti Mahmud Əhmədinejad: “Gürcüstan və Cənubi Osetiya xalqları NATO ilə Qərbin təxribatının qurbanı olublar”
# 24 sentyabr 2008 07:02 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri İran prezidenti Mahmud Əhmədinejad BMT Baş Assambleyasının 63-cü sessiyasında keçirilən siyasi debatlarda söyləyib. O, İran xalqının dostların köməyi ilə öz hüquqlarını sonadək müdafiə edəcəyini bildirib. Çıxışında müxtəlif regionlarda, o cümlədən Qafqaz regionunda gedən proseslərə münasibət bildirən İran prezidenti Gürcüstan, Cənubi Osetiya və Abxaziya xalqlarının NATO və bəzi Qərb dövlətlərinin təxribatının qurbanı olduğunu deyib. BMT Təhlükəsizlik Şurasını ikili standartlara dayanıqlı qərarlar qəbul etməkdə suçlayan Əhmədinajed bildirib ki, bu qurumdan başqa mövqe gözləmək düzgün olmazdı: “BMT Təhlükəsizlik Şurası heç bir qərar qəbul edə bilməz, çünki bu səhnənin əsas oyunçuları NATO ölkələridir. Amerika imperiyası qürub çağını yaşayır, buna görə də ölkənin yeni rəhbərləri ABŞ-dan kənarda təsir dairələrini məhdudlaşdırmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR