Yaponiya hökuməti tam tərkibdə istefa verib

Yaponiya hökuməti tam tərkibdə istefa verib
# 24 sentyabr 2008 08:04 (UTC +04:00)
Tokio-APA. Yasuo Fukudanın rəhbərlik etdiyi Yaponiya hökuməti tam tərkibdə istefa verib. APA-nın məlumatına görə, hökumətin istefa verməsi formal xarakter daşıyır. Sentyabrın 22-də hakim Yaponiya Liberal-Demokrat Partiyası baş nazir postuna qurumun baş katibi Taro Asonun namizədliyini irəli sürüb. Bu gün rəsmi şəkildə baş nazir kürsüsünə əyləşəcək Taro Aso hələlik yeni kabinetin tərkibini açıqlamayıb. Yaponiya mətbuatı artıq bəzi postların sahiblərinin məlum olduğunu yazıb. Məlumata görə, yeni kabinetdə xarici işləri naziri postunu sabiq baş nazir Nakasonenin oğlu Fuximiro Nakasone tutacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR