İran Xarici İşlər Nazirliyi Ümumdünya “Qüds” günü ilə əlaqədar bəyanat verib

İran Xarici İşlər Nazirliyi Ümumdünya “Qüds” günü ilə əlaqədar bəyanat verib
# 25 sentyabr 2008 10:52 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İran Xarici İşlər Nazirliyi Ümumdünya “Qüds” günü ilə əlaqədar bəyanat verib. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda Qüdsün işğal edildiyi qeyd olunub: “60 il öncə beynəlxalq sionizm tərəfindən Fələstinin işğalı minlərlə müsəlmanın qətlinə rəvac verib. Dünya müsəlmanlarından və digər müstəqil xalqlardan Qüds şəhərinin işğaldan azad edilməsinə Fələstin xalqına dəstək verməsini, o cümlədən irqçiliyə müqavimət göstərməsini istəyirik”. Bəyanatda dünya xalqlarından bu günü xüsusi qeyd etmələri rica olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR