Mahmud Əhmədinejad: “İran tezliklə kosmosa raket buraxacaq”

Mahmud Əhmədinejad: “İran tezliklə kosmosa raket buraxacaq”
# 25 sentyabr 2008 14:09 (UTC +04:00)
Tehran-APA. İran prezidenti Mahmud Əhmədinejad ölkəsinin yaxın zamanlarda kosmosa raket buraxacağını bəyan edib. APA-nın məlumatına görə, prezident bu sensasion bəyanatı ABŞ-da yaşayan İran icmasının nümayəndələri ilə görüşdə verib. Onun sözlərinə görə, 16 mühərrikli raket vasitəsilə 650 kilometr hündürlüyə peyk çıxarılması nəzərdə tutulur. Qeyd edək ki, Mahmud Əhmədnejad BMT Baş Assambleyasının 63-cü sessiyasında iştirak etmək məqsədilə Nyu-Yorka gedib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR