Yaponiyanın sabiq baş naziri Yunitiro Koidzumi siyasətdən getdiyini açıqlayıb

Yaponiyanın sabiq baş naziri Yunitiro Koidzumi siyasətdən getdiyini açıqlayıb
# 26 sentyabr 2008 07:54 (UTC +04:00)
Tokio-APA. II dünya müharibəsindən sonra Yaponiyanın ən tanınmış baş nazirlərindən olan Yunitiro Koidzumi siyasətdən getdiyi açıqlayıb. APA-nın məlumatına görə, Koidzumi bu qərarını seçiciləri ilə görüşdə açıqlayıb: “Mən 36 il Yaponiya parlamentinin deputatı olmuşam. Artıq missiyam başa çatıb və siyasət meydanını alnıaçıq tərk edirəm”. Sabiq baş nazir noyabrda keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürməyəcəyini açıqlayıb. Qədim yapon ənənəsinə uyğun olaraq Yunitiro Koidzuminin seçki dairəsindən 27 yaşlı oğlu Sindziro Koidzuminin namizədliyi irəli sürüləcək. Siyasətdə varislik – Yaponiya siyasi həyatının dəyişməz normasına çevrilib. Yaponiya hökumətinin yeni başçısı Taro Aso sabiq baş nazirin nəvəsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR