Buşa ayaqqabı atan jurnalist İraqın baş nazirindən üzr istəyib

Buşa ayaqqabı atan jurnalist İraqın baş nazirindən üzr istəyib
# 19 dekabr 2008 08:49 (UTC +04:00)
Bağdad-APA. ABŞ prezidenti Corc Buşa ayaqqabı atan jurnalist Müntəzir əz-Zeydi İraqın baş naziri Nuri əl-Malikidən üzr istəyib. APA-nın məlumatına görə, baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, jurnalist Nuri-əl-Malikinin pis vəziyyətdə qoyduğu üçün üzr diləyib. Xatırladaq ki, “Əl-Bağdadiyyə” telekanalının jurnalistinin istintaqı davam edir. İstintaqa verdiyi ilkin ifadədə jurnalist əməlini bilərəkdən törətdiyini bildirib. Bəzi məlumatlara görə, əz-Zeydiyə qarşı xarici dövlətin rəsmi nümayəndəsinə hücum etmək maddəsi ilə ittiham irəli sürüləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR