İranda azərbaycanlıların hüquqları uğrunda mübarizənin daha üç fəalı azadlıqdan məhrum edilib

İranda azərbaycanlıların hüquqları uğrunda mübarizənin daha üç fəalı azadlıqdan məhrum edilib
# 22 dekabr 2008 14:25 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İrandakı azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan Əli Sədiqi, Həmid Rzayiniya və Əkbər Hüseynzadə Təbriz İnqilab Məhkəməsinin qərarı ilə həbs cəzasına məhkum ediliblər. İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, dekabrın 21-də keçirilən məhkəmə iclasında adıçəkilən azərbaycanlılar milli ayrı-seçkilikdə və pantürkizmdə ittiham olunublar. Hər üç azərbaycanlı Təbriz İnqilab Məhkəməsinin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, həbs olunan azərbaycanlılar 2008-ci ilin mayında 2006-cı ildə baş verən hadisələrin ildönümü ilə bağlı aksiyalara qatıldıqlarına görə saxlanıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR