İraqlı jurnalist Müntəzir əz-Zeydi: “İmkanım olsa, ABŞ prezidentinə yenə ayaqqabı atardım”

İraqlı jurnalist Müntəzir əz-Zeydi: “İmkanım olsa, ABŞ prezidentinə yenə ayaqqabı atardım”
# 23 dekabr 2008 10:10 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Müntəzir əz-Zeydinin qardaşı məlumat verib. Həbsxanada qardaşı ilə görüşdüyünü deyən Uday əz-Zeydi jurnalistə işgəncə verildiyini bildirib: “Qardaşıma işgəncə verərək Corc Buşdan üzr istəməsinə dair məktub yazmağa məcbur etmək istəyirlər. Qardaşımın dişləri sındırılıb, üzündə isə siqaret yanıqları izləri var. Müntəzir dedi ki, həbsxanada onu soyundurub üzərinə soyuq su töküblər”. Qeyd edək ki, İraq hökumətinin mətbuat xidməti Müntəzir əz-Zeydinin ABŞ prezidentinə məktub yazaraq ondan üzr istədiyi barədə məlumat yayıb. Məlumata görə, əz-Zeyid onu bu addımı atmağa adı açıqlanmayan bir terrorçu vadar edib. Müntəzir əz-Zeydinin ailəsi isə jurnalistə həbsxanada işgəncə verildiyini və zorla üzr məktubu yazmağa məcbur edildiyini bildirirlər. İraqlı jurnalistin məhkəməsi dekabrın 31-də başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR