Hakim partiyanın deputatı yol qəzasına düşüb

Hakim partiyanın deputatı yol qəzasına düşüb
# 23 dekabr 2008 10:21 (UTC +04:00)
İstanbul-APA. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Mardin millət vəkili Süleyman Çələbi yol qəzasında ağır yaralanıb. APA-nın məlumatına görə, idarə etdiyi avtomobili elektrik dirəyinə çırpan millət vəkilinin onurğa sütunundan zədə aldığı bildirilir. Millət vəkilinə xəstəxanada baş çəkən səhiyyə naziri Rəcəb Akdağ Süleyman Çələbinin həyatı üçün təhlükə olmadığını bildirib. Onurğa sütununda qırıq aşkarlanan millət vəkilinin üzərində cərrahiyyə əməliyyatı aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR