Azərbaycana səfərdən əvvəl İrana gedən Piter Semnebi burada regional təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycana səfərdən əvvəl İrana gedən Piter Semnebi burada regional təhlükəsizlik məsələlərini müzakirə edib
# 24 dekabr 2008 08:53 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Azərbaycana gəlməzdən əvvəl İranda səfərdə olub. APA-nın İRNA agentliyinə istinadən yaydığı məlumata görə, Semnebi səfər çərçivəsində İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının mətbuat katibi Kazım Cəlali ilə görüşüb. Avropa İttifaqının İranın xarici siyasətinə dair xüsusi mövqe nümayiş etdirdiyini deyən Kazım Cəlali bu qurumun regionda və dünyada konstruktiv rol oynayacağına ümid bəslədiyini vurğulayıb. Piter Semnebi isə İran hakimiyyətinin Cənubi Qafqazda baş verən proseslərlə bağlı apardığı danışıqlar prosesinə toxunub və İranın bununla bağlı cəhdlərinin həmişə konstruktiv olduğunu vurğulayıb. O həmçinin İranın regional təhlükəsizlik məsələlərində Avropa İttifaqı ilə əməkdaşlığını alqışlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR