İranda daha 10 nəfər edam olunub

İranda daha 10 nəfər edam olunub
# 24 dekabr 2008 15:42 (UTC +04:00)
APA-nın məlumatına görə, Tehrandakı Evin həbsxanasında qətl törətdiyi isbatlanan doqquz nəfər, o cümlədən bir qadın, ölkənin şimalında isə narkotik maddə satışı ilə məşğul olan bir kişi dar ağacından asılıb. Dar ağacından asılmağa məhkum edilmiş qadın 7 yaşlı ögey qızını öldürməkdə ittiham olunub. Bununla İranda 2008-ci ildə dar ağacından asılanların sayı 244 nəfərə çatıb. Qeyd edək ki, İranda iyul ayında narkotik maddələr satışı, qətl və zorlamada ittiham olunan 29 nəfər dar ağacından asılıb. Yanvar ayında isə 13 nəfər, o cümlədən ərini qətlə yetirən qadın dar ağacından asılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR