PKK-nın hücumu nəticəsində 3 əsgər şəhid olub, 12 əsgər yaralanıb

PKK-nın hücumu nəticəsində 3 əsgər şəhid olub, 12 əsgər yaralanıb
# 25 dekabr 2008 07:26 (UTC +04:00)
Şırnak-APA. Şırnağın Cizrə qəsəbəsində PKK terrorçularının qəfil hücumu nəticəsində 3 Türk əsgəri şəhid olub, 12 əsgər yaralanıb. APA-nın məlumatına görə, içərisində əsgərlər olan avtomobil qəsəbənin içərisində hərəkət edərkən iki tərəfdən atəşə tutulub. Silahlı basqın nəticəsində 3 əsgər ölüb, yaralanan 12 əsgər Cizrə dövlət xəstəxanasına çatdırılıb. Vəziyyəti daha ağır olan 4 əsgər vertolyotlarla Diyarbəkir hərbi hospitalına göndərilib. Cizrədə PKK terrorçularının zərərsizləşdirilməsi məqsədilə irimiqyaslı əməliyyatlara başlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR