Pakistan Hindistan sərhədinə qoşun yığmağa başlayıb

Pakistan Hindistan sərhədinə qoşun yığmağa başlayıb
# 26 dekabr 2008 14:35 (UTC +04:00)
İslamabad-APA. Pakistan Hindistanla sərhəd bölgələrə qoşun birləşmələri yığmağa başlayıb. APA-nın məlumatına görə, rəsmi İslamabad bu məqsədlə Əfqanıstanla sərhəddə yerləşən qoşunlarının bir hissəsini Hindistan sərhədinə göndərib. Bu addım Dehli ilə İslamabad arasında münasibətlərin gərginləşməsi ilə izah olunur. Rəsmi Dehli Pakistan hakimiyyətini Mumbaidə terror hücumlarının təşkilində ittiham edir. Hazırda Hindistanla sərhəddə əlavə olaraq 20 min qoşun göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR