İsrail qırıcıları Qəzzaya havadan zərbələr endirib

İsrail qırıcıları Qəzzaya havadan zərbələr endirib
# 27 dekabr 2008 11:59 (UTC +04:00)
Tel-Əviv – APA. İsrailin Hərbi Hava Qüvvələri bu gün HƏMAS təşkilatının Qəzzadakı mövqelərinə zərbə endirib. APA-nın məlumatına görə, aviahücum nəticəsində 120 nəfər ölüb, 200-dən artıq şəxs yaralanıb.
Verilən məlumata əsasən, havadan zərbələr eyni vaxtda 30 müxtəlif nişana endirilib. Əməliyyat nəticəsində təkcə İslam Polisinin baş qərargahında ən azı 40 nəfər həlak olub, yerli əhali arasında təşviş düşüb.
Qeyd edək ki, hərbi hava əməliyyatı HƏMAS-ın İsrail ərazisini atəşə tutmasına cavab olaraq keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR