Qəzza bölgəsində müharibə davam edir: 205 ölü, 300-dən çox yaralı

Qəzza bölgəsində müharibə davam edir: 205 ölü, 300-dən çox yaralı
# 27 dekabr 2008 19:18 (UTC +04:00)
HƏMAS-ın İsrail mövqelərinə başladığı hücumdan dərhal sonra İsrailin baş naziri Ehud Olmert hücumların 48 saat müddətində dayandırılması barədə xəbərdarlıq edib. Amma baş nazirin xəbərdarlıq etdiyi zaman başa çatmadan İsrail hərbi qüvvələri Qəzza bölgəsinə 30-a qədər bomba atıb. Nəticədə azı 205 nəfərin öldüyü, 300-dən çox insanın isə yaralandığı bildirilir.

HƏMAS-ın cavab atəşi nəticəsində bir israilli də ölüb.
İsralin bombalı hücumunda HƏMAS-ın polis rəsinin də öldüyü bildirilir.
HƏMAS-ın sözçüləri Qəzzadakı bütün qərargahlarının İsrail tərəfindən vurulduğunu açıqlayıb.

İsrail tərəfi hücumların davam edəcəyini və HƏMAS-ın yönəticilərinin hədəf alındığını açıqlayıb.

İsrail prezidenti Şimon Peres isə ordusunun Qazza bölgəsinə girməyəcəyini deyib: “Biz oranı qayıtmaq üçün tərk etməmişik”.

Fələstin rəhbəri Mahmud Abbas isə İsrailin hücumlarını dayandırmaq üçün dünya birliyinə müraciət etdiklərini və bir çox ölkə ilə danışıqlara başladıqlarını söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR