Səddam Hüseynin keçmiş silahdaşları Tariq Əziz və “Kimyəvi Əli”nin yeni məhkəməsi başlayıb

Səddam Hüseynin keçmiş silahdaşları Tariq Əziz və “Kimyəvi Əli”nin yeni məhkəməsi başlayıb
# 29 dekabr 2008 11:13 (UTC +04:00)
Bakı - APA. Dekabrın 28-də Bağdadda Səddam Hüseynin keçmiş silahdaşları Tariq Əziz və “Kimyəvi Əli” ləqəbli Əli Həsən əl-Məcidin işi üzrə yeni məhkəmə başlayıb. APA-nın “Reuters”-ə istinadən verdiyi məlumata görə, S. Hüseyn hakimiyyətində baş nazirin müavini, xarici işlər naziri olmuş T. Əziz və sabiq müdafiə naziri “Kimyəvi Əli” insanlıq əleyhinə cinayətlərdə - S. Hüseynin siyasi opponentlərinin məhvində ittiham olunurlar.

İttihamnaməyə görə, T. Əziz və “Kimyəvi Əli” S. Hüseyn hakimiyyətinə müxalifətdə olan 10 minlərlə şəxsin həbsində, həmçinin onların edamında təqsirli bilinirlər. İttiham əsasən, S. Hüseyn rejiminin 1950-ci ildə yaradılmış, İraqın indiki baş naziri Nuri əl-Malikinin də üzvü olduğu şiə “Dava” partiyası ilə mübarizə üzərində qurulub. Adı çəkilən şəxslərdən başqa, rejimin daha 20 yüksək hərbi və siyasi təmsilçisi bu iş üzrə təqsirli bilinir.

Qeyd edək ki, artıq “Kimyəvi Əli” haqqında iki iş üzrə ölüm hökmü çıxarılıb. Lakin baş nazir Nuri əl-Maliki hökmün icrasını təxirə salıb. T. Əziz də artıq müttəhimlər kürsüsündə oturub. 2008-ci ilin yazında onun barəsində Fars körfəzində müharibə zamanı qiymətləri süni olaraq qaldırmış iş adamlarının edam olunması ittihamı üzrə məhkəmə keçirilib.

Onu da əlavə edək ki, artıq qocalıq dövrümü yaşayan hər iki şəxs müxtəlif xəstəliklərdən əziyyət çəkir. “Kimyəvi Əli” məhkəmə zalına əl ağacı ilə gəlsə də, T. Əziz özünü pis hiss elədiyindən onun prosesə qatılmamasına icazə verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR