İsrail HƏMAS-a qarşı irimiqyaslı müharibə elan edib

İsrail HƏMAS-a qarşı irimiqyaslı müharibə elan edib
# 29 dekabr 2008 12:24 (UTC +04:00)
Bakı - APA. İsrail HƏMAS hərəkatına qarşı irimiqyaslı müharibəyə başlayıb. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, İsrailin müdafiə naziri Ehud Barak dekabrın 29-da bəyan edib ki, ölkəsinin Qəzzadakı dinc sakinlərlə heç bir problemi olmasa da, HƏMAS yaraqlılarının toplaşdığı ərazilərin bombardmanı dayandırılmayacaq, bunun üçün dövlətin bütün hərbi potensialından istifadə olunacaq.

Qeyd edək ki, artıq İsrail ordusu Qəzza bölgəsi ilə həmsərhəd ərazini qapalı hərbi zona elan edib. İsrail Ordusunun rəhbərliyi bununla, dinc sakinlərin və jurnalistlərin Qəzza sektorunun 4 km-dək yaxınlaşmasını qadağan edib.

Bu arada “Reuters” xəbər verir ki, fələstinlilər İordan çayının qərb sahilində, Qüdsün 25 km şərqində yerləşən, israillilərin yaşadığı Kiryat Sefer qəsəbəsinin üç sakinini qətlə yetiriblər. İsraillilərə hücum edən fələstinlilər İsrail Ordusunun bölmələri tərəfindən güllələnib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri dekabrın 27-də HƏMAS əleyhinə hərbi əməliyyatlara başlayıb. İsrail aviasiyasının üç gün ərzində Qəzza zolağını bombalaması nəticəsində ölən fələstinlilərin sayı 310-a çatıb. Yaralıların sayı isə artıq 1400-ü keçib. İsrail isə iki vətəndaşını itirib, 7 nəfər yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR