İsrail XİN rəsmisi: “Qəzza sektorunda başlanan əməliyyata görə məsuliyyət HAMAS-ın üzərinə düşür” - EKSKLÜZİV

İsrail XİN rəsmisi: “Qəzza sektorunda başlanan  əməliyyata görə məsuliyyət HAMAS-ın üzərinə düşür” - <font color=red>EKSKLÜZİV</font>
# 29 dekabr 2008 13:54 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi Mixail Brodski deyib. O bildirib ki, Qəzza zolağında baş verənlərə görə məsuliyyət HAMAS təşkilatının üzərinə düşür: “Əməliyyatın əsas məqsədi İsrail ərazilərinin HAMAS tərəfindən atəşə tutulmasının qarşısını almaqdır”.

XİN rəsmisi deyib ki, İsrail Qəzza zolağına humanitar yardımların çatdırılması üçün bütün lazımi şərait yaradır: “Əməliyyat başlandıqdan sonra İsrail humanitar yardım daşıyan onlarla yük maşınının Qəzza zolağına daxilolmasına icazə verib. Bölgədə müharibə getməsinə baxmayaraq biz bütün beynəlxalq humanitar təşkilatlara əraziyə yardım göndərməyə şərait yaradacağıq”. Mixail Brodski İrail ərazisinin raket atəşinə tutulmasının bu gün də davam etdiyini və atəş nəticəsində bir nəfərin öldüyünü bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR