“Hizbullah” lideri Həsən Nəsrullah: “Bəzi ərəb dövlətləri İsrailin Qəzza zolağında törətdiyi cinayətlərə şərikdirlər”

“Hizbullah” lideri Həsən Nəsrullah: “Bəzi ərəb dövlətləri İsrailin Qəzza zolağında törətdiyi cinayətlərə şərikdirlər”
# 29 dekabr 2008 14:41 (UTC +04:00)
Beyrut-APA. “Bütün müsəlman xalqlarını Qəzza zolağında yaşayan əhaliyə yardım göstərmək üçün səylərini əsirgəməməyə çağırıram”. İran səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu bəyanatla “Hizbullah” lideri Seyid Həsən Nəsrullah çıxış edib. O, Misir prezidenti Hüsnü Mübarəki Qəzza zolağında baş verənlərə görə məsuliyyət daşıdığını bildirib: “Əgər Misir rəhbərliyi Rəfəh keçidlərini açmasa ,Fələstin xalqının qırğınına şərik olmuş olacaq. Misir hökuməti qeyd-şərtsiz olaraq Qəzzə əhalisinə kömək etməlidir və bu əhaliyə azuqə və hətta silah çatdırmalıdır. Qəzzə əhalisi öz qərarını seçib, şəhadət və müqavimətlə öz yolundan dönməyəcək. Bəzi ərəb media orqanları Qəzza zolağında baş verənlərdə təxribatçı rol oynayıblar. 33 günlük müharibədə olduğu kimi bu dəfə də bəzi ərəb dövlətləri və onların təbliğat vasitələri İsrailin təcavüzünün məsuliyyətini Müqavimət hərəkatının üzərinə atmaq istəyirlər. Region xalqları üçün müqavimətdən başqa bir yol yoxdur. Bəzi ərəb dövlətləri 33 günlük müharibədə olduğu kimi düşmənin Qəzzaya hücumlarına şərikdirlər”. Hizbullah lideri qeyd edib ki, bəzi ərəb dövlətləri İsraildən HAMAS ilə “İslami Cihad” təşkilatlarını aradan götürmək üçün kömək istəyirlər: “Bəzi İsrail başçıları deyirlər ki ərəblərin Qəzzaya qarşı hücumda İsraili dəstəkləmələri 33 günlük müharibədə onların verdikləri dəstəklərdən qat-qat yuxarıdır. İsraillə saziş imzalamış ərəb ölkələrinin rəhbərləri bu rejimin Qəzzadakı cinayətlərinə şərikdirlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR