Fələstin Azadlıq Təşkilatı Qəzza zolağında sülhməramlı qüvvələr yerləşdirilməsini istəyir

Fələstin Azadlıq Təşkilatı Qəzza zolağında sülhməramlı qüvvələr yerləşdirilməsini istəyir
# 29 dekabr 2008 17:06 (UTC +04:00)
Qəzza-APA. Fələstin Azadlıq Təşkilatı beynəlxalq ictimaiyyətə müraciət edərək Qəzza zolağında sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb. APA-nın məlumatına görə, bu bəyanatla Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbasın köməkçisi Tayib Əbdülrəhim çıxış edib. HAMAS təşkilatı isə Fələstin ərazisində həra hansı xarici hərbi qüvvələrin yerləşdirilməsinə qarşı çıxır. Ötən il HAMAS bölgədə istənilən xarici hərbi qüvvəni təcavüzkarlarla eyni statusda görəcəklərini bildirmişdi. Son məlumatlara görə, HAMAS-ın liderlərindən Xalid Maşal İsraillə sülh sazişi imzalamağa hazır olduğunu bəyan edib. Seneqal prezidenti Abdulla Vadla telefon danışığı zamanı Xalid Maşal bildirib ki, İsrail Qəzza zolağının bombardman edilməsini dayandırsa və Fələstin muxtariyyətinin blokadasını aradan qaldırsa, rəsmi Tel-Əvivlə sülh sazişi imzalana bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR