İsrail Qəzza zolağına aviasiya zərbələrini gün ərzində davam etdirib, ölən və yaralananlar var

İsrail Qəzza zolağına aviasiya zərbələrini gün ərzində davam etdirib, ölən və yaralananlar var
# 30 dekabr 2008 07:24 (UTC +04:00)
APA-nın məlumatına görə, aviasiya zərbələri nəticəsində ən azı 10 nəfər ölüb, 40 nəfər yaralanıb. İlkin məlumata görə, zərbə endirilən obyektlər arasında Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyinin binası da var. Bundan başqa yerli hökumətin və İslam Universitetinin binası da zərbələrə məruz qalıb.

Dünən HAMAS döyüşçüləri də İsrailin cənub bölgələrinə bir neçə raket zərbəsi endiriblər. Raket zərbələri nəticəsində iki nəfər ölüb, 11 nəfər yaralanıb. Bununla da HAMAS-ın zərbələri nəticəsində ölən İsrail vətəndaşlarının sayı 4 nəfərə çatıb. Qəzza sektorunda İsrailin aviasiya zərbələri nəticəsində ölən mülki şəxslərin sayı isə 400 nəfərə yaxındır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR