Son üç gündə İsrail humanitar yardım yüklənmiş 150-dək maşını Qəzza zolağına buraxıb

Son üç gündə İsrail humanitar yardım yüklənmiş 150-dək maşını Qəzza zolağına buraxıb
# 30 dekabr 2008 14:50 (UTC +04:00)
Qəzza-APA. Son üç gün ərzində tibbi ləvazimat, ərzaq və digər humanitar yardım yüklənmiş 150-yə qədər maşın Kerem Şalom keçid məntəqəsindən Qəzza bölgəsinə yola salınıb. Bu barədə APA-ya İsrail səfirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, İsrail Müdafiə Nazirliyinin Yerlərdə Hökumətin fəaliyyəti üzrə Kordinatoru mayor Peter Lerner ölkəsinin Fələstin xalqı ilə yox, “HAMAS” terrorçuları ilə müharibə etdiyini deyib: “Ona görə də Fələstin xalqına ərzaq gətirməyi özümüzə borc bilirik”. Peter Lerner bildirib ki, BMT Yardım və İş Agentliyi, Ümumdünya Ərzaq Proqramı və Beynəlxalq Qırmızı Xaç Komitəsi, eyni zamanda İordaniya və Misir dövlətləri Qəzza zolağına humanitar yardımlar göndərir: “Onlara artıq şənbə günündən xəbərdarlıq edilib ki, regiona mülkü əhalinin ehtiyaclarını ödəmək üçün istədikləri həcmdə yük gətirə bilərlər. Biz yüklərin sayına heç bir məhdudiyyət qoymamışıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR