İsrail Qəzza üzərinə hücuma keçib

İsrail Qəzza üzərinə hücuma keçib
# 03 yanvar 2009 20:45 (UTC +04:00)
Bildirilib ki, əməliyyatın məqsədi HAMAS-ın nəzarətində olan əraziləri ələ keçirmək, bununla da İsrail ərazilərini onların raket zərbələrindən qorumaqdır. Bu məlumatı İsrailin baş naziri Ehud Olmert də təsdiqləyib.

İrimiqyaslı quru əməliyyatından əvvəl isə İsrail artilleriyası Qəzza sərhədini intensiv atəşə tutub. Əməliyyat başlamazdan əvvəl sərhədə 10 minədək İsrail əsgəri cəmləşib. Bəzi məlumatlara görə, İsrailin ordu komandanlığında quru əməliyyatlarına başlamaqla bağlı fikir ayrılığı olub. Ordu komandanlığının bəzi üzvləri quru əməliyyatının çoxsaylı itkilərlə nəticələnəcəyini əsas gətirərək, bunun əleyhinə çıxıblar. Bəziləri isə artıq HAMAS-a ciddi zərbələr endirildiyini bildirərək, yerüstü əməliyyat keçirilməsini lazım bilməyiblər. Lakin yekun qərar əməliyyatlara başlamaqla bağlı olub. Onu da əlavə edək ki, əməliyyatlarla bağlı İsraildə səfərbərlik elan edilib.

Qeyd edək ki, İsrail HAMAS-ın raket zərbələrinə cavab olaraq dekabrın 27-dən Qəzza ərazisinə aviasiya zərbələri endirməyə başlayıb. Çoxsaylı aviazərbələr nəticəsində 450 fələstinli həlak olub, 2300-dən çox günahsız insan yaralanıb. Ölənlər arasında HAMAS-ın yüksək rütbəli bir neçə üzvü də var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR