Qəzzada gedən döyüşlərdə 30-u HAMAS üzvü olmaqla, 42 fələstinli və 10 İsrail hərbçisi həlak olub

Qəzzada gedən döyüşlərdə 30-u HAMAS üzvü olmaqla, 42 fələstinli və 10 İsrail hərbçisi həlak olub
# 04 yanvar 2009 16:03 (UTC +04:00)
“The Jerusalem Post” qəzeti isə İsrail hərbçilərinin HAMAS hərəkatının daha iki yüksək vəzifəli təmsilçisini – Hüssam Həmdan (Hussam Hamdan) və Məhəmməd Hilonu öldürdükləri barədə xəbər yayıb. Onlar hava zərbələri nəticəsində öldürülüblər.

Qeyd edək ki, İsrail HAMAS döyüşçülərinin raket zərbələrinə cavab olaraq, dekabrın 27-dən Qəzza bölgəsinə aviazərbələr endirməyə başlayıb. İntensiv aviazərbələr nəticəsində 500-dən çox fələstinli həlak olub, 2500 günahsız insan yaralanıb. Yanvarın 3-də axşam saatlarında isə İsrail Qəzzada yerüstü əməliyyatlara başlayıb. Rəsmi Tel-Əviv əməliyyatlarda məqsədin Qəzzanın HAMAS-ın nəzarətində olan ərazilərini ələ keçirmək, bununla da, həmin ərazilərdən İsrail ərazilərinin atəşə tutulmasının qarşısının almaq olduğunu açıqlasa də, yayılan məlumatlarda İsrailin Qəzzaya nəzarəti tam ələ keçirmək istədiyi bildirilir. İsrailin müdafiə naziri Ehud Barakın hərbi əməliyyatların uzun sürə biləcəyini söyləməsi, eyni zamanda ölkədə səfərbərlik elan olunması da ikinci fikrin həqiqətə daha yaxın olduğunu göstərir.

Artıq İsrail ordusu Qəzza ərazisini iki yerə bölüb. Əməliyyatlarda 20 minədək İsrail əsgəri, çoxlu sayda tank və aviasiya iştirak edir. Quru əməliyyatlarının başladığı bir sutka ərzində İsrail tərəfi 30 HAMAS döyüşçüsünü məhv etdiyini bildirir. Əməliyyatlar zamanı daha 12 din sakin həlak olub. HAMAS isə 10 İsrail hərbçisini məhv etdiyini açıqlayıb. Qəzzada döyüşlər davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR