Talibançılar ABŞ-a casusluqda suçladıqları 3 nəfəri edam edib

Talibançılar ABŞ-a casusluqda suçladıqları 3 nəfəri edam edib
# 05 yanvar 2009 09:19 (UTC +04:00)
İslamabad – APA. Pakistanda talibançılar tərəfindən ABŞ-a casusluqda ittiham olunan 3 nəfər edam edilib. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, edam edilən şəxsləri cəsədləri Şimali Vəziristan əyalətində tapılıb. Naurak şəhərində 25 yaşlı yerli sakinin meyiti ağacdan asılmış vəziyyətdə, digər iki nəfərin cəsədi isə odlu silah yaraları ilə yol kənarında aşkarlanıb. Meyitlərin üstündə “Əfqanıstandakı Amerika qoşunlarına casusluq etməkdə günahkardır” sözləri yazılmış kağız olub. Polis qətlləri Taliban Hərəkatının törətdiyini güman edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR